Ukraynada keçmiş hərbçi polisə qumbara atıb

Ukraynada keçmiş hərbçi polisə qumbara atıb  backend

Ukraynanın Çernovtsi bölgəsində keçmiş hərbçi polis maşınına qumbara atıb. İki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hadisə 19 fevral tarixində, təxminən saat 22:50-də Storojinets şəhərində baş verib. Partlayış polis əməkdaşlarının xidmət etdiyi polis maşınının yaxınlığında baş verib.

23 yaşlı patrul polisi yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Təhlükəsizlik Polis İdarəsindən 31 yaşlı polis sürücüsü də yaralanıb. 

O, yüngül xəsarətlər alıb, lakin həyatı təhlükəsi yoxdur.

Bölgədə xüsusi polis əməliyyatı başladılıb.

QAZİLER.AZ