Navrotski Polşadakı ukraynalı qaçqınlara yardımı dayandıran qanunu imzalayıb.
Polşa prezidenti Karol Navrotski ukraynalı qaçqınlar üçün xüsusi status və güzəştlərə son qoyan qanun imzalayıb. Bu barədə prezidentin mətbuat katibi Rafal Leskieviç bildirib.
Qaziler.az bildirir ki, bu barədə TASS yazır.
"Navrotski 23 yanvar 2026-cı il tarixli qanunu imzalayıb və bu qanunla həmin dövlətin ərazisindəki silahlı münaqişə ilə əlaqədar Ukrayna vətəndaşlarına yardım göstərilməsinə dair qanunun müddəaları ləğv edildi", - deyə o qeyd edib.
Sənəd ukraynalıları pulsuz səhiyyə xidmətlərindən məhrum edir və onları mənzil güzəştlərindən məhrum edəcək. Polşada müalicə alan Ukrayna Silahlı Qüvvələrinin (USQ) yaralı əsgərləri üçün tibbi xidmətlər istisnadır.
QAZİLER.AZ



