Zaxarova Paralimpiya təşkilatçılarını zorakılıqda günahlandırdı

Zaxarova Paralimpiya təşkilatçılarını zorakılıqda günahlandırdı backend

Zaxarova 2026-cı il Olimpiadasında rusiyalı paralimpiyaçılara qoyulan məhdudiyyətləri zorakılıq adlandırıb.

Qaziler.az bildirir ki, bu barədə "Matç TV" məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliyada rusiyalı paralimpiyaçıların müşayiətçilərinin girişinin məhdudlaşdırılması tələblərini zorakılıq adlandırıb. O, bu açıqlamanı beynəlxalq döyüş idmanı festivalında verib.

"Dünən xəbər gördüm ki, sən demə, paralimpiyaçılarımızı müşayiət edən şəxslərin yarış məkanlarına buraxılması qadağan olunacaq. Təsəvvür edin ki, əlil paralimpiyaçıların yanında onları müşayət edənlərin olmaması nə deməkdir.  Zorakılıq bütöv proqramla davam edir", - Zaxarova deyib.

Diplomat bu cür məhdudiyyətlərin əlil idmançılar üçün qəbuledilməz olduğunu vurğuladı. Zaxarova bu vəziyyətə diqqət yetirməyə çağırdı.

QAZİLER.AZ