Rusiyada məktəbli sinif yoldaşına bıçaqla hücum etdi

Rusiyada məktəbli sinif yoldaşına bıçaqla hücum etdi backend

Tatarıstanın Naberejnıe Çelnı şəhərində məktəbli  dərsə bıçaq gətirib sinif yoldaşına hücum edib.

Qaziler.az bildirir ki, Telegram kanalı Mash Iptash-ın məlumatına görə, Naberejnıe Çelnıda bir şagird bıçaqla məktəbə gələrək sinif yoldaşına hücum edib. Yeniyetmələr arasında münaqişə payızdan bəri davam edirmiş.

Şagirdlərdən biri evdən mətbəx bıçağı götürərək məktəbə gətirib. Bıçağı metal detektordan və texniki işçidən keçirib, daha sonra sinifdə rəqibinə hücum edib.

Müəllimlər müdaxilə edərək davanı dayandıra bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

QAZİLER.AZ