Ukrayna və Rusiya artıq növbəti sülh danışıqları barədə razılığa gəliblər.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Növbəti görüşlə bağlı (Rusiya ilə sülh danışıqları barədə – red.) prinsipial razılaşma var. Lakin məlum səbəblərə görə detalları və tarixləri açıqlamayacağıq", - deyə o bildirib.
Tixiy əlavə edib ki, danışıqlar qrupunun qayıtmasından sonra daha çox təfərrüat ortaya çıxacaq və onlar Ukrayna Prezidenti Volodimir Zelenskiyə orada baş tutan danışıqlar barədə daha ətraflı hesabat təqdim edəcəklər.
QAZİLER.AZ



