Kreml Rusiya və Çinin nüvə sınaqları keçirməsi ilə bağlı ABŞ-ın iddiasını təkzib edib

Kreml Rusiya və Çinin nüvə sınaqları keçirməsi ilə bağlı ABŞ-ın iddiasını təkzib edib backend

Rusiya və Çin nüvə sınaqları keçirməyiblər.

Apa-nın xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, ABŞ-ın 2020-ci ilin iyun ayında Çində yeraltı nüvə sınaqları ilə bağlı yeni məlumatların olması iddiasını təkzib edib.

“Hansısa sınaqlarla bağlı çox sayda istinad eşitmişik. Bu məsələdə həm Rusiya Federasiyası, həm də Çin qeyd olunub. Nə Rusiya, nə də Çin hər hansı nüvə sınağı keçirib. Bilirik ki, bu iddialar Çin Xalq Respublikasının nümayəndəsi tərəfindən də qətiyyətlə rədd edilib”, - Rusiya Prezidentinin sözçüsü qeyd edib.