Fevralın 18-də İsveçrənin Cenevrə şəhərində Rusiya, Ukrayna və ABŞ arasında münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların ikinci günü başlayıb.
Qaziler.az bildirir ki, bu barədə 18 fevralda "İzvestiya"ya mənbə bildirib.
Danışıqlar, bir gün əvvəl olduğu kimi, qapalı qapılar arxasında keçirilirb. Təhlükəsizlik işçiləri jurnalistlərin nümayəndə heyətlərinin görüşdüyü InterContinental otelinə yaxınlaşmamalarını təmin ediblər.
"İzvestiya"nın görüntülərində rusiyalı nümayəndələrin gəlişi göstərilir.
Ukrayna nümayəndə heyətinin rəhbəri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) katibi Rüstəm Umerov özünün Telegram kanalında danışıqlar qruplarının siyasi və hərbi bloklar çərçivəsində işlədiyini açıqlayıb.
"Dünən müzakirə edilən parametrləri və qərar qəbuletmə mexanizmlərini dəqiqləşdirmək üzərində işləyirik", - deyə o yazıb.
Üçtərəfli danışıqlar Cenevrədə iki gün ərzində - 17 və 18 fevral tarixlərində keçirilir. Məsləhətləşmələrin ilk günü dünən başa çatıb. "İzvestiya" mənbəsinin məlumatına görə, danışıqlar gərgin keçib və altı saat davam edib.
QAZİLER.AZ
12:40
İsveçrənin Cenevrə şəhərində Ukrayna, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların ikinci günü başlayıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Görüşlər "InterContinental" hotelində bağlı qapılar arxasında keçirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunduğunu bəyan edib.
Sonradan "Axios" portalı mənbələrə istinadən bildirib ki, İsveçrədəki danışıqlar Rusiya nümayəndə heyətinin başçısı, prezidentin köməkçisi Vladimir Medinskinin mövqeyinə görə dalana dirənib.



