Rusiyanın Kurqan vilayətinin İskra kəndindəki sanatoriya binasında yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi 18 fevralda məlumat verib.
Yanğın barədə məlumat yerli vaxtla səhər saat 9:33-də verilib. Yanğın vilayətin Zverinoqolovski bələdiyyə rayonundakı Gennadi Ojqixin küçəsindəki binada baş verib.
TASS xəbər verir ki, "İlk dəstə gələndə binanın üçüncü mərtəbəsində güclü tüstü müşahidə olunub".
Yanğını söndürmək üçün on doqquz nəfər və yeddi texnika cəlb olunub. Xəsarət alan olmayıb.
Daha sonra alovun söndürüldüyü bildirilib.
QAZİLER.AZ



