Rusiyada hərbi polis binasında baş verən partlayışda üç nəfər həlak olub

Rusiyada hərbi polis binasında baş verən partlayışda üç nəfər həlak olub backend

Rusiyanın Leninqrad vilayətinin Sertolovo şəhərində hərbi polis binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko öz "Telegram" kanalında məlumat paylaşıb.

"Sertolovodakı hərbi hissədə inzibati binanın uçqunları təmizlənərkən üç nəfərin cəsədi aşkar edilib", - deyə o yazıb.

Qubernator qeyd edib ki, hadisə yerində xüsusi texnika işləyir, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, partlayış fevralın 17-si günorta saatlarında hərbi hissənin ərazisindəki hərbi polis binasının üçüncü mərtəbəsində baş verib. Partlayış dalğasının təsirindən tikilinin ikinci və üçüncü mərtəbələri, həmçinin dam örtüyü qismən uçub. Dağıntılar altında daha dörd nəfərin qala biləcəyi ehtimal edilir.