Türkiyədə iki işçinin öldüyü mədənin sahibi həbs edilib

Türkiyədə iki işçinin öldüyü mədənin sahibi həbs edilib backend

Zonquldakın Kilimli rayonunda iki işçinin öldüyü, birinin isə yaralandığı özəl mədənin sahibi həbs edilib.

Dünən Gelikdə işçilər Veysel Oruçoğlu və Ziya Kiretin həyatını itirdiyi, İsmət Kabukun isə yaralandığı mədənin çökməsi ilə əlaqədar saxlanılan mədən sahibi H.B. haqqında jandarmada işləmlər tamamlanıb.

Şübhəli sağlamlıq müayinəsindən keçdikdən sonra məhkəməyə göndərilib. Dindirilmədən sonra şübhəli hakim qarşısına çıxarılıb və həbs edilib.

Xatırladaq ki, Gelik rayonunda özəl bir şirkət tərəfindən idarə olunan mədəndə dünən üç işçi torpaq altında qalıb. Əməliyyata başlayan xilasetmə qrupları işçilərdən birini, Kabuku, yaralı vəziyyətdə ərazidən çıxarmağı bacarıb.

Qrupların yeddi saatlıq işindən sonra fəhlə Orucoğlunun cansız bədəni tapılıb, uçqun altında qalan fəhlə Kiretin cansız bədəni isə təxminən doqquz saat sonra mədəndən çıxarılıb.

QAZİLER.AZ