Türkiyədə avtomobil divara çırpılıb: Ölən var

Türkiyədə avtomobil divara çırpılıb: Ölən var backend

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda avtomobilin divara çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Güler ​​K.-nın idarə etdiyi avtomobil Patlanğıc Məhəlləsində Ölüdəniz küçəsindəki kəsişmədə yol kənarındakı divara çırpılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, əraziyə səhiyyə, xilasetmə və polis qrupları göndərilib.

Tibbi qrup avtomobildə olan Nursel Akdenizin həyatını itirdiyini müəyyən edib. Yaralı sürücü ilə Gönül P. xilasetmə qrupu tərəfindən avtomobildən çıxarılıb.

Yaralılar tibbi qrup tərəfindən xəstəxanaya aparılıb.

QAZİLER.AZ