Zelenski: Ukraynalı uşaqların Rusiyadan xilas edilməsində mühüm nəticə əldə edilib - VİDEO

Zelenski: Ukraynalı uşaqların Rusiyadan xilas edilməsində mühüm nəticə əldə edilib - VİDEO backend

Ukrayna uşaqların Rusiyanın nəzarətindən qaytarılmasında əhəmiyyətli bir mərhələyə imza atıb. Artıq 2000 yetkinlik yaşına çatmayan ukraynalı vətənə qaytarılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin Facebook-dakı paylaşımına istinadən məlumat yayıb.

"Bu gün vacib bir nəticəmiz var: "Bring Kids Back UA" təşəbbüsünün bir hissəsi olaraq 2000 ukraynalı uşaq Rusiyanın nəzarətindən evə qaytarıldı", - Ukrayna dövlət başçısı yazıb.

Onun sözlərinə görə, hər bir uşağın geri qayıtması, digərləri ilə yanaşı, ictimai təşkilatların və beynəlxalq tərəfdaşların gündəlik işi sayəsində mümkün olub.

Zelenski Ukrayna uşaqlarının gələcəyi uğrunda mübarizəyə qoşulan hər kəsə təşəkkür edib.

QAZİLER.AZ