"Axmat" hərbi jurnalının baş redaktoru Pavel Porsev Ukraynada öldürülüb

"Axmat" hərbi jurnalının baş redaktoru Pavel Porsev Ukraynada öldürülüb backend

Jurnalın baş redaktoru Pavel Porsevin (kod adı "Major") ölümü komanda məntəqəsinə hücumdan sonra məlum olub.

Qaziler.az bildirir ki, bu barədə 17 fevralda "Axmat" nəşrinin Telegram kanalında məlumat verilib.

"O, bölməyə sonsuz hörmət bəsləyirdi və onların qəhrəmanlıqlarının əsrlər boyu yaşaması üçün hər şeyi etdi", - məlumatda deyilir.

Porsev 14 fevral 2026-cı ildə öldürülüb. "2022-ci ildən bəri könüllü və döyüş veteranı olan Pavel Porsev cəsarət və qəhrəmanlıq nümayiş etdirdi və buna görə "Avdeyevkanın alınmasına görə" medalı da daxil olmaqla, dövlət və departament medalları ilə təltif edilib".

Xidmətindən əlavə, o, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində fəal iştirak etmiş, "AXMAT", "Pobedonosets" və "ALQA" jurnallarının baş redaktoru vəzifəsində çalışmış və "Rusiyanın tank yumruğu" jurnalının yaradılmasına töhfə vermişdir. "Rusiya tankçılar birliyi" Ümumrusiya ictimai hərəkatı onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verib.

QAZİLER.AZ