Tbilisidə Tayland konsulluğu açılacaq

Tbilisidə Tayland konsulluğu açılacaq backend

Müvafiq fərman fevralın 12-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, müvafiq fərman Baş nazir İrakli Kobaxidze tərəfindən 12 fevralda imzalanıb.

Sənəd paytaxtda Taylandın fəxri konsulunun rəhbərlik etdiyi konsulluğun açılmasına icazə verir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan və Tayland Krallığı arasında diplomatik münasibətlər 21 iyul 1992-ci ildə qurulub. Vaxtanq Caoşvili hazırda Gürcüstanın Taylanddakı fövqəladə və səlahiyyətli səfiridir. Tayland Kral Səfirliyi Türkiyə paytaxtında yerləşir və Gürcüstanda da akkreditə olunub.

Gürcüstan və Tayland Krallığı arasında iqtisadi əlaqələr minimaldır. Bu ölkədə Taylandın birbaşa investisiyaları qeydiyyata alınmayıb. Ticarət və turizm göstəriciləri də aşağıdır, pul köçürmələri isə minimaldır.

QAZİLER.AZ