Saakaşvili: İvanişvili məndən Putin Navalnıdan qorxduğundan daha çox qorxur

Saakaşvili: İvanişvili məndən Putin Navalnıdan qorxduğundan daha çox qorxur backend

"İvanişvili məndən Putin Navalnıdan qorxduğundan daha çox qorxur, ona görə də mən hər şeyə hazıram".

Qaziler.az bildirir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu barədə Facebook səhifəsində yazıb.

Saakaşvilinin dediyinə görə, "onun ilk zəhərlənməsi Qərb mütəxəssisləri tərəfindən də təsdiqlənib, lakin ikincisinin nə vaxt baş verəcəyini yalnız Cako və onun rusiyalı himayədarları bilir".

"Qərb ekspertləri Navalnının həbsxanada nadir Cənubi Amerika zəhəri ilə zəhərləndiyini qəti şəkildə təsdiqləyiblər və bu zəhərin istifadəsi yalnız Rusiya hökuməti üçün əlçatan ola bilər.

Putin həmişə Navalnını "rusiyalı Saakaşvili" adlandırıb və Aleksey Navalnının özü həbsxanada zəhərlənməzdən bir az əvvəl oliqarx hökumətini mənə qarşı pis rəftar etməyi dayandırmağa çağırıb. Navalnı məhbus mübadiləsinə daxil edilməməsi üçün öldürülüb.

İvanişvili (hakim Gürcü Arzusu Partiyasının fəxri sədri) məndən Putin Navalnıdan qorxduğundan daha çox qorxur, ona görə də hər şeyə hazıram. Yeri gəlmişkən, mənim ilk zəhərlənməm də Qərb ekspertləri tərəfindən təsdiqlənib. İkinci zəhərlənmənin nə vaxt baş verəcəyini yalnız Cako və onun rusiyalı himayədarları bilir", - Saakaşvili sosial media hesabında yazıb.

QAZİLER.AZ