Dağıstanın Novı Xuşet kəndində maye qaz daşıyan sisterndə baş verən yanğın nəticəsində bir kişi ölüb.
Qaziler.az bildirir ki, bu barədə 16 fevralda Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin (BŞİ) rəsmi saytında məlumat verilib.
"Novı Xuşet kəndində maye qaz daşıyan sistern alovlanıb. Yanğında ölən kişinin cəsədi tapılıb; onun şəxsiyyəti müəyyənləşdirilir", - deyə idarənin açıqlamasında bildirilib.
Qeyd edilib ki, yanğının söndürülməsi üçün 63 nəfər və 19 texnika cəlb edilib.
QAZİLER.AZ



