"TavriyaEnergo"nun futbolçusu Sergey Petrov Ukraynada döyüşdə öldürülüb.
Krımın Yevpatoriya şəhərində yerləşən "TavriyaEnergo" komandasında və Ukrayna gənclər millisində oynamış futbolçu Sergey Petrov Ukraynada gedən müharibədəı həlak olub.
Qaziler.az bildirir ki, bu barədə Yevpatoriya Futbol Federasiyası məlumat yayıb.
O, 2025-ci ilin iyun ayında Şimal Hərbi Dairəsində könüllü olaraq xidmətə başlayıb və Pokrovsk istiqamətində əməliyyat aparan hücum briqadasına təyin edilib.
Rusiya Müdafiə Nazirliyi bu məlumatla bağlı heç bir şərh verməyib.
"TavriyaEnergo" klubunun futbolçusu Sergey Petrov "xüsusi əməliyyat zonası"nda həlak olub. 2025-ci ilin iyun ayında o, könüllü olmaq qərarına gəlib və Pokrov istiqamətində hücum briqadasına qoşulub. O, son hücumdan geri qayıtmayıb", - mətbuat xidmətinin məlumatında deyilir.
QAZİLER.AZ



