Rusiya yeni zərbəyə hazırlaşır: Zelenski müdafiəni gücləndirmək üçün bir gün vaxt verdi

Rusiya yeni zərbəyə hazırlaşır: Zelenski müdafiəni gücləndirmək üçün bir gün vaxt verdi backend

Ukrayna Prezidenti Volodymyr Zelenski, Rusiyanın yeni kütləvi hücuma hazırlaşdığı barədə xəbərlər fonunda bu gün təhlükəsizlik tədbirlərinin artırılmasını tapşırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zelenskinin Telegram-dakı açıqlamasına istinadən məlumat yayıb.

"Ukrayna Hərbi Hava Qüvvələri komandanı Anatoli Krivonozkoya, Ukraynanın müdafiə naziri Mixaylo Fedorova və "Ukrenerqo"nun baş direktoru Vitaliy Zayçenkoya Rusiyanın kütləvi zərbə hazırlaması ilə bağlı kəşfiyyat məlumatlarını nəzərə alaraq, gün ərzində lazımi əlavə müdafiə tədbirlərini hazırlamağı tapşırmışam", - Ukrayna prezidenti açıqlamasında bildirib.

O qeyd edib ki, hətta Cenevrədə üçtərəfli danışıqlar ərəfəsində belə təcavüzkar ölkə Ukraynaya zərbələr endirməyə davam etməyi planlaşdırır.

"Bu, Rusiyanın tərəfdaşlarının diplomatik səylərinə necə baxdığını göstərir. Hər bir Rusiya raketi müharibəyə son qoymaq çağırışlarına təcavüzkarın cavabıdır", - Zelenski əlavə edib.

QAZİLER.AZ