SEPAH Hörmüz boğazında hərbi təlimlərə başlayıb

SEPAH Hörmüz boğazında hərbi təlimlərə başlayıb backend

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması “Hörmüz boğazının ağıllı idarəsi” adlı hərbi təlimlərə start verib.

Apa bu barədə İran mediasına istinadən xəbər verir.

Qeyd edək ki, beynəlxalq mətbuatda ABŞ-la müharibənin başlayacağı təqdirdə İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı spekulyasiyalar var.

Dünyada neft tranzitinin 20%-i sözügedən boğazdan keçir.