Rusiyada zooparkda yanğın baş verib - VİDEO

Rusiyada zooparkda yanğın baş verib - VİDEO backend

Vladivostokun Sadqorod rayonundakı Vorovskoqo küçəsindəki özəl zooparkda yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti fevralın 16-da məlumat yayıb.

"Yanğından mühafizə xidmətinə Vorovskoqo küçəsindəki yardımçı tikilidə yanğın baş verməsi barədə zəng daxil olub", - idarənin Teleqram kanalında bildirilir.

Yanğın yerli vaxtla saat 19:18-də bildirilib. Yanğınsöndürənlər gələndə köməkçi tikililər və ikimərtəbəli bina yanırmış. Təxminən 120 kvadratmetr sahəni əhatə edən yanğın saat 21:10-da lokallaşdırılıb.

Yaxınlıqda yaşayan şahidin sözlərinə görə, yanğın ikinci mərtəbədə başlayıb və daha sonra dəvəquşuların saxlandığı əraziyə yayılıb. Quşların bəziləri tələf olub.

QAZİLER.AZ