Rusiyada özəl zooparkda yanğın baş verib

Rusiyada özəl zooparkda yanğın baş verib backend

Vladivostokun Sadqorod rayonundakı Vorovskoqo küçəsindəki özəl zooparkda yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti fevralın 16-da məlumat yayıb.

"Yanğından mühafizə xidmətinə Vorovskoqo küçəsindəki yardımçı tikilidə yanğın baş verməsi barədə zəng daxil olub", - idarənin Teleqram kanalında bildirilir.

Yanğın yerli vaxtla saat 19:18-də bildirilib. Yanğınsöndürənlər gələndə köməkçi tikililər və ikimərtəbəli bina yanırmış. Təxminən 120 kvadratmetr sahəni əhatə edən yanğın saat 21:10-da lokallaşdırılıb.

Yaxınlıqda yaşayan şahidin sözlərinə görə, yanğın ikinci mərtəbədə başlayıb və daha sonra dəvəquşuların saxlandığı əraziyə yayılıb. Quşların bəziləri tələf olub.

QAZİLER.AZ