Lukaşenko BMT-nin qlobal problemləri həll etməkdə aciz olduğunu bildirib

Lukaşenko BMT-nin qlobal problemləri həll etməkdə aciz olduğunu bildirib backend

"BMT heç bir problemi həll etməyən faydasız bir təşkilatdır".

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

16 fevralda Belarus Prezidenti Aleksandr Lukaşenko Birləşmiş Millətlər Təşkilatını dəyərsiz bir təşkilat adlandıraraq, onun vacib qlobal məsələləri həll etmədiyini və həll etməyəcəyini bildirdi. O

, həmçinin hazırda BMT-yə alternativ olmadığını etiraf etdi.

Lukaşenko vurğulayıb ki, BMT əsas rolunu yerinə yetirə bilməsə də, bütün dünya dövlətlərinin nümayəndələrini bir araya gətirən yeganə təşkilat olaraq qalır.

"Birləşmiş Millətlər Təşkilatı dəyərsiz bir təşkilatdır; heç bir problemi həll etmir və heç vaxt həll etməyəcək. Ancaq başqası da yoxdur", - BelTA xəbər agentliyi onun sözlərini sitat gətirir.

QAZİLER.AZ