Taylanddan qayıdan iki rusiyalıda meymunçiçəyi aşkar edilib

Taylanddan qayıdan iki rusiyalıda meymunçiçəyi aşkar edilib backend

Xəstələr dərhal yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib, vəziyyətləri qənaətbəxş kimi qiymətləndirilir.

Qaziler.az  bildirir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib.

"Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi Tayland Krallığına turist səfərindən qayıdan vətəndaşlarda laboratoriyada təsdiqlənmiş iki meymun çiçəyi halının aşkarlandığını bildirir", - məlumatda deyilir.

TASS agentliyinin məlumatına görə, meymunçiçəyi xəstələri ilə təmasda olan turistlərin dairəsi müəyyən edilib və onlar tibbi müşahidə altındadır.

QAZİLER.AZ