Xəstələr dərhal yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib, vəziyyətləri qənaətbəxş kimi qiymətləndirilir.
Qaziler.az bildirir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib.
"Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi Tayland Krallığına turist səfərindən qayıdan vətəndaşlarda laboratoriyada təsdiqlənmiş iki meymun çiçəyi halının aşkarlandığını bildirir", - məlumatda deyilir.
TASS agentliyinin məlumatına görə, meymunçiçəyi xəstələri ilə təmasda olan turistlərin dairəsi müəyyən edilib və onlar tibbi müşahidə altındadır.
QAZİLER.AZ



