Ukrayna danışıqlar üçün Cenevrəyə kimin gedəcəyinə qərar verib

 Ukrayna danışıqlar üçün Cenevrəyə kimin gedəcəyinə qərar verib backend

Ukrayna Prezidenti Vladimir Zelenski 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Telegram hesabına istinadən məlumat yayıb.

"Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Ukrayna nümayəndə heyəti artıq bu görüşə hazırlıqlara başlayıb", - Umerov bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti danışıqlar qrupunun ilkin tərkibini müəyyən edib.

"Nümayəndə heyətimə Kirilo Budanov, Andriy Qnatov, David Araxamiya, Sergey Kıslıtsya və Vadım Skibitski daxil olacaq", - Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib.

O, həmçinin danışıqlar qrupunun prosesin hərbi, siyasi və təhlükəsizlik aspektləri nəzərə alınmaqla yaradıldığını vurğulayıb.

QAZİLER.AZ