Kremlin sözçüsü Dmitri Peskov 13 fevralda Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların gələn həftə keçiriləcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
"Danışıqların gələn həftə keçirilməsi ilə bağlı razılıq var. Yer və dəqiq tarixlər barədə sizə məlumat verəcəyik, amma bu, həqiqətən də gələn həftə olacaq", - deyə Peskov bildirib.
Fevralın 12-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov növbəti danışıqlar raundunun vaxtı və yeri ilə bağlı müzakirələrin davam etdiyini və yekun təsdiqlənənə qədər açıqlanmayacağını qeyd etdi. O, Əbu-Dabi məkanının bütün tərəflərin əməkdaşlığı üçün əlverişli olduğunu vurğulayıb.
QAZİLER.AZ



