Rusiyanın Kaluqa şəhərində məmurların 5,5 milyon rubl rüşvət aldıqlarına görə həbs olunmasını göstərən video yayımlanıb.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat verir.
Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi ("Xüsusilə külli miqdarda rüşvət alma") ilə cinayət işi açılıb.
Əməliyyat videosundan görüntülərdə FTX əməkdaşlarının vəzifəli şəxsləri maşınlarda saxladığı, daha sonra onlardan birinin baqajındakı pul yığınlarını saydığı görünür.
Daha sonra onlar polis bölməsinə aparılıb və ittiham irəli sürülüb. Evlərində aparılan axtarış zamanı nağd pul və çoxlu sayda bahalı saat aşkar edilib.
QAZİLER.AZ



