Ukraynalı deputatlar kütləvi şəkildə zəhərləniblər

Ukraynalı deputatlar kütləvi şəkildə zəhərləniblər backend

Jeleznyak: Deputatların kütləvi zəhərlənməsi səbəbindən Ali Radada səsvermə ləğv edilib.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru xəbər verir.

Yetırsayın olmaması səbəbindən Ali Radada bütün səsvermələr 24 fevral tarixinə qədər ləğv edilib.

Millət vəkili Yaroslav Jeleznyak bunu özünün Telegram kanalında açıqlayaraq bəzi deputatların zəhərlənmə səbəbindən iclaslarda iştirak edə bilmədiyini bildirib.

İlkin məlumatlara görə, deputatlar yeməkxanada zəhərlənə bilər.

Jeleznyak əlavə edib ki, bəzi deputatlar hazırda ezamiyyətdədirlər və yeni qanun layihələri üzrə səsvermədə iştirak edə bilmirlər.

QAZİLER.AZ