Pezeşkianın aldığı maaş hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Pezeşkianın aldığı maaş hər kəsi  TƏƏCCÜBLƏNDİRDİ backend

İran Prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı keçirilən görüşdə aldığı əməkhaqqı ilə bağlı diqqətçəkən açıqlama verib.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

O bildirib ki, milli valyutanın dəyərdən düşməsi səbəbindən aylıq gəliri təxminən 1 000 dollar təşkil edir.

Pezeşkian qeyd edib ki, həkimlərin keyfiyyətli xidmət göstərə bilməsi üçün onların normal maaş alması vacibdir.

"Əvvəllər həkim kimi ayda təxminən 6 000 dollar qazanırdımsa, indi prezident kimi təxminən 1 000 dollar maaş alıram", - deyə o vurğulayıb.