"Atanın qızları" teleserialının aktrisası Qalina Fedorova 83 yaşında vəfat edib.
RSFSR-in əməkdar artisti, "Atanın qızları" teleserialındakı rolu ilə tanınan Qalina Fedorova vəfat edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Ryazan Dram Teatrının mətbuat xidməti məlumat yayıb.
"O, 1963-cü ildən 1991-ci ilə qədər Ryazan Dram Teatrında çalışıb. Üç onillik yaddaqalan rollar: "Tarana gedirəm" tamaşasında Jenya, "Mehmanxana sahibəsində"da Mirandolina, "Personajlar"da Zoya, "Sahil" tamaşasında Lotta, "Albalı bağı"nda Şarlotta... və bir çox başqaları", - deyə 29 yanvarda VKontakte sosial şəbəkəsində paylaşımda bildirilir.
QAZİLER.AZ



