Kiyevdə Rusiya rejiminin kütləvi hücumlarından sonra iki istilik stansiyası - İES-5 və İES-6 - ən çox ziyan çəkib. Lakin İES-lər yaxın günlərdə bərpa olunacaq.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna enerji naziri Denis Şmıqalın Ali Radanın parlament komitəsinə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Şmıhalın sözlərinə görə, stansiyalar vurulan ballistik raketlərin qalıqları ilə zədələnib. Bir stansiyada avadanlıqlar - qaz paylayıcı və kompressor - zədələnib, digərində isə nasoslar və suyun təmizlənməsi sistemi sıradan çıxıb.
Lakin nazir əlavə edib ki, İES-5 24 saat ərzində, İES-6 -6 isə iki saat ərzində bərpa olunacaq. Bütün müddətlər təxmini olaraq göstərilib.
QAZİLER.AZ



