Qırğızıstanın Joqorqu Keneşinin (parlament) yeni sədri deputat Marlen Mamataliyev seçilib.
"Report" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, qərar parlamentin bugünkü iclasında qəbul edilib.
Səsvermədə 83 deputat iştirak edib.
M.Mamataliyevin namizədliyini 77 parlamentari dəstəkləyib, beşi əleyhinə çıxıb, bir bülleten etibarsız sayılıb.
Qeyd edək ki, fevralın 12-də Qırğız Respublikasının parlament sədri Nurlanbek Şakiyev istefa verib.



