Litva Ukraynaya 22 generator verib

Litva Ukraynaya 22 generator verib backend

Ukrayna Kiyevin xəstəxanaları və kritik infrastrukturu üçün Litvadan ümumi gücü 13 MVt olan 22 generator alıb.

Qaziler.az bildirir ki, Ukraynanın energetika naziri Denis Şmıqal bu barədə X şəbəkəsində məlumat verib.

Litva generatorları həmçinin paytaxtın su və istilik sistemlərinə qoşulacaq.

Şmıqalın sözlərinə görə, tammiqyaslı müharibənin başlanğıcından bəri Litva Ukraynaya 5900 tondan çox enerji avadanlığı olan 348 humanitar yardım göndərib.

Vilnüsün Ukrayna Enerji Dəstək Fonduna töhfəsi 5,7 milyon avrodur.

QAZİLER.AZ