Gürcüstanda plastik butulkalarda içkilərin satışına qadağa qoyulur.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili qadağanın gələn il tətbiq edilməsinin planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, plastik butulkalarda yağ və 10 litrdən böyük butulkalarda içməli suyun satışı üçün istisna tətbiq olunacaq.
BM.ge xəbər verir ki, məhdudiyyət ixrac olunan məhsullara da şamil edilməyəcək.
"Bu, ölkədə plastik istifadəsini azaltmaq kampaniyasının bir hissəsidir. 1 yanvar tarixindən etibarən Gürcüstan daxili bazar üçün birdəfəlik istifadə olunan plastik məhsulların istehsalını qadağan edib. Plastik qab-qacaq yalnız ixrac üçün istehsal edilə bilər. 1 aprel tarixindən etibarən dövlət qurumları üçün 3 litrə qədər plastik stəkan, qab və butulkalar almağa qadağa qüvvəyə minəcək. 1 iyul tarixindən etibarən isə qadağa otellərə, restoranlara və kafelərə şamil ediləcək".
QAZİLER.AZ



