Rusiyanın Anapa şəhərindəki texniki kollecdə atəş açan tələbə saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə 11 fevralda Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
"Cinayətkar hazırda saxlanılıb", - deyə idarənin Telegram kanalında bildirilib.
İlkin məlumata görə, tələbə naməlum silahdan atəş açıb. Mənbə "İzvestiya"ya bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
QAZİLER.AZ



