Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
İlin əvvəlindən bəri 11 ölkənin lideri ilə görüşən Prezident Ərdoğan diplomatik fəaliyyətini davam etdirir.
Ərdoğan təxminən iki ildən sonra ilk dəfə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi Prezident Sarayında qəbul edəcək.
İkitərəfli görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.
QAZİLER.AZ



