Bacı-qardaş iki saat fərqlə vəfat etdilər

Bacı-qardaş iki saat fərqlə vəfat etdilər backend

Türkiyənin Ordu bölgəsinin Gülyalı rayonunda yaşayan bacı-qardaş Safinaz və Hasan Kahraman təxminən 10 gün xəstəxanada müalicə aldıqdan sonra iki saat fərqlə eyni gündə vəfat ediblər.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Ordunun Gülyalı rayonunun Turnasuyu məhəlləsində yaşayan 75 yaşlı Safinaz Kahraman və 65 yaşlı Hasan Kahraman müxtəlif sağlamlıq problemləri səbəbindən təxminən 10 gün əvvəl xəstəxanaya yerləşdiriliblər.

Safinaz Kahraman həkimlərin səylərinə baxmayaraq, səhər saat 7:00 radələrində Ordu Dövlət Xəstəxanasında vəfat edib.

Hasan Kahraman təxminən iki saat sonra, səhər saat 9:00 radələrində eyni şəhərdəki özəl xəstəxanada vəfat edib.

QAZİLER.AZ