İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslərin əfv olunmasına, cəzalarının yüngülləşdirilməsinə və dəyişdirilməsinə dair Ali Məhkəmə sədri Qulamrza Möhsün-Ejeinin müraciətinə razılıq verib.
Məlumatı "Mehr" agentliyi yayıb.
Bildirilib ki, ali rəhbər məhkəmə hakimiyyətinin başçısının ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə orqanları və dövlət cəzaçəkmə müəssisələri tərəfindən məhkum edilmiş 2 min 108 şəxsin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi barədə xahişini təmin edib.
Məlumata görə, Qulamrza Möhsün-Ejei Şəban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə ayətullah Xameneiyə ünvanladığı məktubda həmin məhkumların əfv olunmasını və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi.
Report.az



