Vensin İrəvana səfəri ermənilərin etirazına səbəb oldu

Vensin İrəvana səfəri ermənilərin etirazına səbəb oldu backend

Yerevan sakinləri ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ölkəyə gəlişindən sonra etiraza çıxıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Etirazçılar bildiriblər ki, məqsədləri etirazlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

"Etiraz (...) Yerevanın mərkəzində Vensə məktubun imzalanması ilə başa çatdı. Kollektiv mətndə Qarabağ sakinlərinin vətənlərinə qaytarılması mexanizmi ilə bağlı suallar da yer alıb", - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvana rəsmi səfərə gəlib. Amerikalı siyasətçi səfərə həyat yoldaşı Uşa Vens və uşaqları ilə birlikdə gəlib.

QAZİLER.AZ