Ermənistan müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları (PUA) alıb.
Qaziler.az bildirir ki, “News.am”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti J.D. Vance ilə İrəvanda keçirdiyi brifinqdə bildirib. Paşinyan çıxışı zamanı son üç ildə fəal şəkildə inkişaf edən ikitərəfli hərbi əməkdaşlıqda bunu əhəmiyyətli irəliləyiş kimi qeyd edib.
“Hərbi və müdafiə əməkdaşlığında da əhəmiyyətli irəliləyiş qeydə alınıb. Çoxvektorlu əməkdaşlığı və üç illik aktiv hərbi təlimləri davam etdirən Ermənistan ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları (PUA) alıb”, - Paşinyan bildirib.
QAZİLER.AZ



