Qazaxıstanın Atırau bölgəsində həmyaşıdlarını balta ilə qovan məktəblinin işi üzrə ilk məhkəmə iclası keçirilib.
Qaziler.az bildirir ki, bu barədə 2kazinform" xəbər verir.
Məhkəmə qərarı ilə oğlan ev dustaqlığına buraxılıb.
Atırau Regional Təhsil İdarəsinin rəisi Marat Abuovun sözlərinə görə, şagirdin yetkinlik yaşına çatmaması, bölgədəki cinayətkarlıq vəziyyəti və valideynlərinin xahişi nəzərə alınaraq, yeniyetmə ev dustaqlığına buraxılıb. Şagirdə yalnız məktəbə və tibb müəssisələrinə getmək icazəsi var. Bu məhdudiyyətlər istintaq başa çatana qədər qüvvədə qalacaq. Şagird bu gün dərslərdə iştirak edib.
"Hadisə nəticəsində iki uşaq yüngül xəsarət alıb. Polis baltaya bənzər bir əşya tapa bilməyib. Təhsil İdarəsinin, Polis İdarəsinin və Regional Prokurorluğun nümayəndələri tərəfindən birgə araşdırma aparılıb. Bir sıra çatışmazlıqlar aşkar edilib və onların aradan qaldırılması üçün işlər görülür. Bu vəziyyətdə iştirak edən şagirdlər qeydiyyata alınıb. Uşaqlarla maarifləndirici görüşlər təşkil olunur", - Abuov deyib.
Xatırladaq ki, bu il fevralın 5-də sosial mediada Jilyoy rayonunun Kulsari şəhərindəki 6 nömrəli məktəbin 10-cu sinif şagirdinin həmyaşıdları ilə münaqişədən sonra onları balta ilə qovduğunu göstərən video yayılıb. Daha sonra məktəb direktorunun istefa ərizəsi əsasında işdən çıxarıldığı bildirildi.
QAZİLER.AZ



