Tatarıstanda vəzifəli şəxs rüşvətə görə həbs edildi

Tatarıstanda vəzifəli şəxs rüşvətə görə həbs edildi backend

Tatarıstan Nazirlər Kabinetinin Mənzil-Kommunal Xidmətlər və Nəqliyyat Departamentinin müdiri Fail Salixov rüşvətlə bağlı cinayət işi ilə əlaqədar həbs edilib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları fevralın 9-da məlumat verib.

"Salixov rüşvətin ötürülməsində vasitəçilik etməkdə şübhəli bilinərək həbs edilib. O, günahını etiraf edib. Yaxın gələcəkdə istintaq onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə müraciət edəcəklər", - deyə TASS-a mənbə bildirib.

Bu işlə bağlı daha bir şübhəli şəxs həbs edilib.

QAZİLER.AZ