Qarşıdan gələn tədris ilindən etibarən Gürcüstanda ali təhsil qaydalarında köklü dəyişikliklər olacaq.
Qaziler.az "onlayn-qruziya"ya istinadən bildirir ki, Gürcüstanın bu təhsil sistemində edilən dəyişiklik həm xarici ölkələrdən gələn tələbələrə, həm də ölkə vətəndaşlarına birbaşa təsir göstərəcək.
Verilən məlumata gğrə, bu ölkədə dövlət universitetləri artıq xarici tələbələri qəbul etməyəcək və yalnız yerli vətəndaşların təhsilinə diqqət yetiriləcək.
Xarici ölkələrdə Gürcüstanda təhsil almaq istəyənlər üçün faktiki olaraq yalnız bir seçimi qalacaq - özəl sektor.
QAZİLER.AZ



