44 günlük müharibə zamanı Ermənistanın itkin düşən hərbçilərinin valideynlərini parlament nümayəndələrindən heç biri qəbul etməyib.
Qaziler.az bildirir ki, bu barədə NEWS.am xəbər verir.
Valideynlər prezident iqamətgahına gedib etirazlarını orada davam etdirmək qərarına gəliblər.
Nəşr xatırladır ki, 44 günlük müharibə zamanı itkin düşənlərin valideynləri Ermənistan Milli Assambleyasının qəbul binasının qarşısında toplaşıblar.
"Valideynlərin sözlərinə görə, onlar 2025-ci ilin dekabr ayında Ermənistan parlamentinin sədri Alen Simonyana 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatına baxmaq istədiklərini bildirən məktub göndəriblər. İki ay keçib, lakin heç bir cavab yoxdur", - məlumatda deyilir.
QAZİLER.AZ



