Peskov Ankoricdəki nailiyyətləri Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş üçün şərt adlandırıb.
Ukraynada nizamlanmada irəliləyiş yalnız Ankoricdə əldə edilən razılaşmalara hörmət edildiyi təqdirdə mümkündür.
Qaziler.az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ankoricdə əldə edilən bu anlaşmalar fundamentaldır və məhz bu anlaşmalar həll prosesini irəli apara və irəliləyiş əldə etməyə imkan verə bilər", - Peskov deyib.
Bununla belə, o qeyd etdi ki, Kreml bu razılaşmaların təfərrüatlarını açıq şəkildə açıqlamaq niyyətində deyil və müzakirələr bağlı qapılar arxasında aparılmalıdır.
QAZİLER.AZ



