Bələdiyyədə rüşvət iddiaları ilə bağlı istintaq İzmir Baş Prokurorluğu tərəfindən davam etdirilir.
Qaziler.az billdirir ki, bu barədə TRT-Haber xəbər verir.
Bu çərçivədə saxlanılan 26 şübhəli haqda vilayət polis idarəsinin maliyyə Cinayətləri Bölməsindəki prosedurlardan sonra istintaq başladılıb.
Birinin xaricdə olduğu öyrənilən iki şübhəlinin tutulması üçün səylər davam edir.
İzmir Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri Bölməsi, müxtəlif qanunsuz tikinti və planların sanki uyğun olduğu kimi lisenziyalaşdırılması müqabilində rüşvət aldıqları və beləliklə, fayda əldə etdikləri iddiası ilə 28 şübhəli haqqında həbs qərarı verib.
5 fevralda keçirilən əməliyyatda şübhəlilərdən 26-sı saxlanılıb.
QAZİLER.AZ



