"Rusiya Avropaya hücum etməyəcək, amma cavaba hazırdır" - Lavrov

"Rusiya Avropaya hücum etməyəcək, amma cavaba hazırdır" - Lavrov backend

Rusiya Avropaya qarşı hücum planlarının olmadığını, lakin zərurət yaranacağı təqdirdə sərt hərbi cavab verməyə hazır olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

 

Nazirin sözlərinə görə, Rusiyanın Avropaya hücum etmək kimi bir niyyəti yoxdur və buna ehtiyac da görmür. Lakin Avropa ölkələri Rusiyaya qarşı hərbi təhdidlərini reallaşdırar və hücum edərsə, Moskva buna yalnız məhdud əməliyyatlarla deyil, mövcud hərbi doktrinalara uyğun şəkildə bütün imkanlardan istifadə etməklə tammiqyaslı cavab verəcək.

 

Lavrov vurğulayıb ki, bu mövqe Rusiya prezidentinin dəfələrlə səsləndirdiyi rəsmi mövqeyə əsaslanır.