Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı - "Turkish Airlines" ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.
Bu barədə Ermənistan KİV-ləri bu ölkənin İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.
"İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib", - komitədən qeyd olunub.
Report.az



