Cəbhədəki döyüşlərin təxminən dörddə biri Ukrayna bölmələrinin hərbi əməliyyatları ilə bağlıdır.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib.
Sırskinin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri fəal şəkildə hücum və əks-hücum əməliyyatları aparır.
Bəzi ərazilərdə hərbi toqquşmalarının təxminən dörddə biri Ukrayna bölmələrinin hücum hərəkətlərindən ibarətdir.
"Onların məqsədi düşməni daim təzyiq altında saxlamaq, ona itki vermək və irəliləməsinə mane olmaqdır", - Ukraynanın Baş komandanı deyib.
QAZİLER.AZ



