"Döyüşlərin təxminən dörddə biri Ukrayna bölmələrinin hücumları ilə bağlıdır" - Sırski

"Döyüşlərin təxminən dörddə biri Ukrayna bölmələrinin hücumları ilə bağlıdır" - Sırski backend

Cəbhədəki döyüşlərin təxminən dörddə biri Ukrayna bölmələrinin hərbi əməliyyatları ilə bağlıdır.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib.

Sırskinin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri fəal şəkildə hücum və əks-hücum əməliyyatları aparır. 

Bəzi ərazilərdə hərbi toqquşmalarının təxminən dörddə biri Ukrayna bölmələrinin hücum hərəkətlərindən ibarətdir.

"Onların məqsədi düşməni daim təzyiq altında saxlamaq, ona itki vermək və irəliləməsinə mane olmaqdır", - Ukraynanın Baş komandanı deyib.

QAZİLER.AZ